RUSİYA POLŞAYA HÜCUM PLANINI MƏŞQ EDƏCƏK! – “Təlimlər qəfil hücuma çevrilə bilər!”

Dərc olunub: 03/08/2017 - 12:11

Rusiya “Qərb-2017” təlimlərində nə göstərəcək?

1027926247

Amerikan ordusunun Avropadakı komandanı Ben Hoces Rusiyanın Belarus ilə birlikdə sentyabr ayında keçirəcəyi “Qərb-2017” təlimləri ilə bağlı öz narahatlığını bildirib. O deyib ki, bu təlimlər Rusiyanın həyata keçirdiyi digər hərbi əməliyyatlardan diqqəti kənara çəkən “Troya atı” ola bilər.

Burada ilk növbədə söhbət Belarusdan gedir. Belə ki, təlimlərdən sonra Belarusda Rusiyanın hərbi infrastrukturu saxlanıla bilər ki, bu da öz növbəsində Minskə təzyiq göstərmək yoluyla gələcəkdə həyata keçiriləcək hər hansı hipotetik hücum əməliyyatı üçün əlavə imkanlar yaradar.

Rəsmi məlumatlara görə, təlimlərdə iştirak edəcək hərbçilərin nəzərdə tutulan sayı 15 min nəfəri keçməyəcək. Ancaq iştirakçıların sayının 100 min nəfəri ötəcəyi barəsində də məlumat var.

Bəs, görəsən təlimlərin gedişi zamanı Rusiya nələri nümayiş etdirmək istəyir?

1. Müxtəlif texnikalardan istifadə etməklə massiv avia-raket zərbələrinin endirilməsi

“Qərb-2017” təlimləri düşmənin hava müdafiəsini yarmaq üçün “yer-yer”, ”su-yer” və “hava-yer” sinfindən olan və müxtəlif isiqamətlərdən gələn raketlərin koordinasiyalı şəkildə əlaqələndiliməsinə imkan verəcək. Xüsusilə qeyd etmək lazımdır ki, son bir neçə ildə Şərqi-Mərkəzi Avropa regionuna göndərilən texnikalardan bu tip əməliyyatlarda istifadə edilib.

Bu təkcə “İskander” raket kompleksi yox, həmçinin “Buyan-M” layihəsindən olan “Kalibr-NK” qanadlı raketləri və ya “Tu-95” və “Tu-160” strateji bombardmançı təyyarələridir. Sadalanan sistemlərin əksər hissəsi həm konvensional, həm də nüvə raketləri ilə təchiz oluna bilər.

Rusiya öz hərbi doktrinasının əsas gücünü bombardmançı təyyarələrlə birlikdə, Suriyada sınaqdan çıxarılan “Kalibr” raketləriylə koordinasıya olunmuş şəkildə vurulacaq zərbələrə istiqamətləndirir.

İri miqyaslı təlimlərin üstünlüyü texnikanın daşınması, yerdəyişməsi və həmçinin də aviasia-raket zərbələrinin koordinasiyasını sınaqdan keçirməyə yaxşı imkan yaratmasındadır.

Bundan başqa raket potensialının möhkəmləndirilməsi ilə bağlı plana uyğun olaraq, Kalininqrad vilayətində və ya Belarusda komanda-qərargah təlimləri keçirmək olar.

Onu da həmçinin əlavə etmək lazımdır ki, Minsk öz silahlı qüvvələrinin döyüş cərgəsinə “Polonez” yaylım atəş sistemləri qəbul edib.

2. Qoşunların sürətli daşınması

Rusiyalıların öz bacarıqlarını göstərməyə qərar verə biləcəkləri növbəti sfera, əmr verildikdən sonra minimal müddət ərzində qoşunların uzaq məsafələrə daşınmasıdır.

1028061005

Rusiya silahlı qüvvələri artıq birinci il deyil ki, aktiv şəkildə döyüş hazırlığı yoxlaması ilə məşğul olurlar. Yəni onlar planlaşdırılmamış təlimlərdə ayrı-ayrı dəstələrin təlim- döyüşlərinə necə sürətlə qoşulmalarını aydınlaşdırır. Çox vaxt belə tdbirlərdə silahlı güclərin uzaq məsafələrə daşınması da həyata keçirilir. Belə ssenari təlimlərdə iştirak edənlərin sayını sürətlə artırmağa imkan verir.

Digər mühüm aspekt – müxtəlif qoşun növlərinin (məsələn, quru qoşunları və hava-desant qüvvələri) qarşılıqlı şəkildə fəaliyyəti və ya bir neçə müxtəlif ərazilərdə eyni anda əməliyyatların aparılmasıdır.

Ehtimal olunur ki, ”Qərb-2017” ilə eyni vaxtda ayrıca digər iri hərbi təlimlər də başlayacaq. Bu Ukrayna ilə sərhəddəki Cənub Hərbi dairəsində də ola bilər.

3. Yeni nəsil silahlı sistemlərdən istifadə olunması və onların daşınması

“Qərb-2107” təlimləri Rusiya ordusunun döyüş cərgəsinə daxil olan modernləşdirilmiş və ya müasir hərbi texnikanı göstərməyə imkan yaradır. Məsələn, ”Şərq-2014” təlimlərinin gedişində Uzaq Şərq hərbi dairəsində ilk dəfə geniş şəkildə “İskander” (bunu çox vaxt “İskander-K” adlandırırlar) kompleksində istifadə olunan yeni qanadlı raketləri nümayiş etdirib.

Bu cür nümayiş bir tərəfdən təbliğat məqsədilə edilirsə, digər tərəfdən də, yeni silahların sınaqdan çıxarılması ilə yanaşı bundan düzgün nəticələr çıxarmaqda da çox faydalıdır.

Başqa bir aspekt isə böyük sayda müasir texnikanın konkret hər hansı bir rayona sürətli daşınmasıdır. “Qərb-2017” təlimlərində çoxməqsədli “Su-35” və “Su-30CM” təyyarələrinin taktiki aviasiya və ya raket artilleriyası ilə birgə iştirakı gözlənilir. Bundan başqa ruslar “Ka-52” və “Mi-28H” müasir döyüş vertolyotlarını da nümayiş etdirə bilərlər.

4. Belarusun vahid Hava Hücumundan Müdafiə sistemi

“Qərb-2017”-nin gedişində Rusiya və Belarusun Hava Hücumundan Müdafiə sistemlərinin qarşılıqlı şəkildə fəaliyyət göstərməsi də işlənib hazırlanacaq. Manevrlər Rusiyanın radiotexniki dəstələri və ya zenit-raket qoşunlarnın (həmçinin müasir “S-400” sistemlərindən istefadə etməklə) əməliyyatları ilə müşayiət olunacaq.

5. Qeyri konvensional fəaliyyətlər

Böyük ehtimalla, təlimlərə Rusiyanın radioelektron mübarizə qoşunları və xüsusi təyinatlı dəstələri də qoşulacaqlar. Xüsusi təyinatlılar özlərinin belaruslu həmkarları ilə birgə məşqlərdə bir nüçə dəfə iştirak ediblər. Əgər NATO gücləri ilə hipotetik toqquşma kontekstindən yanasaq, onda Rusiyanın hərbi doktrinasında radioelektron mübarizə üsulu müasir silahlardan istifadə etmək baxımından mühüm yer tutur.

Bundan əlavə manevrlərin gedişində radioelektron mübarizəsi gücləri ilə birlikdə kiberməkanda əməliyyat aparılmasını da gözləmək mümkündür.

Xatırlatmaq istərdiki ki, ”Qərb-2013” təlimlərinin ssenarisinə Baltik ölkələrindən gələ biləcək “terror qruplaşmalarına” qarşı mübarizə də daxil idi.

1317408

Həmin manevrlərə həsr edilmiş ”Ceymstaun fondu”nun məruzəsində aşağıdakıları da oxumaq olar: ”Təlimlərin gedişində çox böyük ehtimalla Polşa və Baltik ölkələrinə hücum əməliyyatı da məşq edilib”.

Belə güman edə bilərik ki, ”Qərb-2017” zamanı yuxarıda adları çəkilən dövlətlərə qarşı təxribatlar (kiber hücumlar, hava sahəsinin pozulması və sairə) da yer alacaq.

6. Kütləvi qırğın silahlarından istifadənin simulyasiyası

Kütləvi qırğın silahından istifadə olunması ilə bağlı keçirilən təlimlər, hətta əgər onlar yalnız komanda-qərargah xarakteri daşıyırsa və ordu işə qarışmırsa da, həmişə sirlərlə dolu olur. Lakin onu yada salmaq istəyirik ki, bəzi mənbələrin məlumatına əsasən Polşaya nüvə zərbəsi endirlməsinin məşq etdirilməsi də ssenariyə daxil idi.
Rusiyanın nüvə doktrinası strateji olmayan nüvə silahlarından istifadə edilməsinə icazə verir. Və onların son illərdəki əhəmiyyəti xeyli artıb.

7. İnformasiya əməliyyatları

Təlimlərlə bağlı rusiyalılar yəqin ki, informasiya əməliyyatı da keçirəcəklər. Moskva belə hallarda ənənəvi olaraq öz əməllərinə kompleks şəkildə haqq qazandırmaq və NATO-nun atdığı addımları diskriditasiya etməyə çalışır. Burada söhbət yalan informasiyanın yayılmasından gedir.

“İnformasiya mübarizəsi”nin digər elementi təlimlərin real miqyasının və onun ssenarisi haqqında məlumatların gizlədilməsidir (Hər şeyin şəffaf olduğu bildirisə də).

Nəhayət, ”Qərb-2017” təlimlərinin plana müvafiq və heç bir insidentsiz keçəcəyini istisna etmək olmaz. “Qərb-2017” təlimi NATO üzvü olan ölkələrin siyasi icmalçılarında həyəcan yaradıb.

Digər tərəfdən beynəlxalq ictimaiyyəti Şərqi-Mərkəzi Avropada gələcək potensial əməliyyatları dəstəkləmək üçün Rusiya hərbçilərinin və ya infrastrukturun Belarusda daimi olaraq saxlanılması ssenarisi də narahat edir.
Onu da əlavə etmək lazımdır ki, keçmişdə Minsk öz ərazisində Rusiya döyüş güclərinin daimi əsaslarla saxlanılması məsələsinə ən azından razı olmayıb və buna xoş yanaşmayıb. Məsələn, bunlardan biri Belarusda “Su-27” aviadəstəsinin formalaşdırılması planıdır.

Hətta bəzi ekspertlərin ehtiyat etməsinin zəmini yoxdursa da, NATO ölkələri “Qərb-2017” təlimlərinə yüksək diqqət ayırmalıdırlar.

Bu ilin yanvar ayında NATO–nun Avropadakı keçmiş komandanı deyib: ”Rusiya müharibəyə hazırlaşırmı? Son on ildə Rusiyanın hərbi təlimləri daha iri miqyaslı və daha çox hücum xarakterli olmağa başlayıb. Mən fikirləşirəm ki, biz Moskvanın nə etdiyini müzakirə etməməli, onun hərəkətlərini diqqətlə izləməliyik. Rusiya iri miqyaslı təlimləri ona görə tez-tez kiçirir ki, biz buna uyğunlaşaraq sayıqlığımızı itirək. Bu isə rusiyalılara qəflətən hərəkət etmək effekti verə bilər və təlimlər gözlənilmədən işğala çevrilər”.

Rusiyanın indiyədək gördüyü tədbirlərə diqqət etdikdə onun Qərbi qəflətən yaxalaması ehtimalı güclənir. Beləliklə, Rusiya hansısa xal qazana bilər (heç olmazsa siyasi xal). Ümumiyyətlə isə, NATO ölkələrinin və xüsusən də, onun şərq cinahının müxtəlif ssenarilərə hazır olması lazımdır.

(“Defence24”-Polşa)


loading...




Fikrinizi bildirin