Bakıda saxlanılan vəhabilərdən pul və pul verənlərin siyahısı çıxdı

Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki məsciddə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən vəhabilərə qarşı keçirilmiş əməliyyatla bağlı maraqlı təfərrüatlar məlum olub.

Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin qafqazinfo.az-a verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul vəsaiti çıxıb. Həmçinin, əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftərçə də aşkarlanıb.

Bundan başqa, pul və dəftərçə kimi çoxlu sayda qadağan olunmuş ədəbiyyat da müsadirə edilib. Əməliyyatda iştirak etmiş şəxs onu da deyib ki, bu gün mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər vəhabi saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar