Rauf Mirqədirovun ailəsi Avropa ölkələrinin birində sığınacaq alıb

“Ailəsi təyyarəyə geciksə də, “Sərhədsiz reportyorlar”ın operativ səyləri nəticəsində yeni biletlər alınıb və ailə gecə reysi ilə rahat uçub”. “Sərhədsiz reportyorlar”, Human Rights Watch и Turkish Human Rights ( İnsan Hakları Derneği) təşkilatlarının birgə səyləri ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və iki uşağı Avropa ölkələrinin birində müvəqqəti olaraq sığınacaq alıb.

Rauf Mirqədirov Bakıya deportasiya edilməzdən öncə (18 aprel) Türkiyə hakimiyyəti onu jurnalist akkreditəsindən, həyat yoldaşını iş hüququndan məhrum edib. Bundan sonra xanımın visasını uzatmaqdan imtina ediblər və ölkəni tərk etməsini tələb ediblər.

İyunun 16-ı sonuncu gün olub və ailə həmin gün Türkiyədən çıxa bilib. Lakin gediş elə də asan olmayıb. Ailə İstanbul aeroportunda pasport nəzarətində saxlanılıb və təyyarəyə gecikib.

Lakin “Sərhədsiz reportyorlar”ın operativ səyləri nəticəsində yeni biletlər alınıb və ailə gecə reysi ilə rahat uçub.

“Turan İA”-a məlum olub ki, ailə Ankarada olduğu müddətdə R.Mirqədirovun xanımı və uşaqlar daim polis nəzarətində olub. Onların yaşadıqları mənzildə axtarış aparılıb.

R.Mirqədirovun xanımı bir neçə dəfə dindirilib. Birinci dəfə Bakıdan olan müstəntiqlərin iştirakı ilə Rauf Mirqədirovun ermənilərlə əməkdaşlığının izləri axtarılıb. Onlar maddi sübut kimi ailə fotosunu, sənədləri və onların surətlərini, kompüter disklərini və jurnalistin qızının planşetini götürüblər.

Daimi mənəvi təzyiqlər səbəbindən ailə mənəvi və maddi baxımdan ağır durumda olub, belə ki, qadın işdən çıxarılıb və iş hüququndan məhrum edilib.

Humanitar viza və R.Mirqədirova qarşı istintaqın davam etməsi ailəyə daimi siyasi sığınacaq almaq hüququnu verir.

Jurnalistin xanımı “Turan İA”-nin vasitəsilə göstərilən yardıma və dəstəyə görə beynəlxalq hüquq-müdafiə təşkilatlarına təşəkkürünü bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar