Əli Həsənovun nəvəsinin “Gelandewagen”i birdən yandı

Etibar EliyevEtibar Əliyev, təhsil eksperti

“Ay camaat!-Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmayin!"

M. F. Axundov

“Gelandewagen”lər yavaş-yavaş üzə çıxır. Deyilənlərə görə bu maşınlar çox bahalıdır. Bizdə varlı balalarının istifadə etdiyi maşınlar əsasən budur. Necə ki, alimlər metrodan istifadə edirlər. Bu maşınlar o qədər bahalı və hörmətlidır ki, bizim məmurların içərisində onu xətrini çox istədikləri xanımlara bağışlayanlar da var...

Şəhərdə getdiyin yerdə bir də görürsən elə bil ki, yanından öküz böyürtüsü eşidildi. Bu maşınların səsi öküz böyürtüsünə bənzəyir. Məncə bunların da “Formula- 1”ni keçirmək lazımdır. Bizdə deyirlər ki, hərbi xidmətə çağırışda vətəndaşların hansı hərbi hissəyə düşməsi kompüter vasitəsilə həyata keçirilir. Amma son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işdən çıxarılan bir generalının oğlundan həmin maşından biri çıxdı.

Qaçqınlar və məcburi köçkünlərin vəziyyəti hamıya bəllidir. Ancaq Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin “Gelandewagen” kolleksiyası var imiş. Yeri gəlmişkən, Əli Həsənov bir zaman deyib ki, məmurlar övladlarına nəzarət etməlidir: “Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”. Ay, hiyləgər qoca. Sən demə bunun “Gelandewagen” çapan nəvəsinin həm də qəşəng bir Barı var imiş.

Dünən eşitdik ki, Əli Həsənovun nəvəsinin Heydər Əliyev prospektində yarışa çıxan “Gelandewagen”lərindən biri yanıb. Özü də birdən yanıb. İndi Əli Həsənov makintoşundan ehtiyatlı olmalıdır. O, da birdən yana bilər. Məşhur tamaşada Əliağa Ağayevin makintoşu yanan kimi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar