"Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur" - DİN

Son 2 gündür paytaxtda "Gelandewagen” və "Mazda” avtomobillərinin iştirakı ilə baş verən dəhşətli qəza müzakirə mövzusuna çevrilib.

Mətbuatda yayılan məlumatlara görə, 10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen”in sürücüsü baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev, "Mazda” markalı avtomobilin sürücüsü isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub. İddiaya görə, N. Alahverdiyev 99 FS 777 dövlət nömrə nişanlı "Mazda"nı idarə edən S. Heydərovla ötüşürmüş.

2 gün ərzində "Gelandewagen”in sürücüsünün kimliyi gizlədilsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün rəsmi açıqlama yayaraq, sükan arxasında N. Allahverdiyevin olduğunu təsdiqləyib.

Digər avtomobilin kimə məxsusluğu və sükan arxasında kimin olması barədə isə rəsmi məlumat yoxdur.

BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan açıqlama alıb. Qurum rəsmisi digər sürücünün kimliyinin istintaqa məlum olduğunu deyib: ""Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur. Cinayət işi açılıb. İstintaq gedir. Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.

E. Zahidov "Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib: "Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar