NAİL ALLAHVERDİYEV QƏZADAN SONRA - FOTO, VİDEO

Xəbər verildiyi kimi, avqustun 4-də gecə saatlarında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman ağır qəza törədib. 

Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışıb yanıb.

İlk saatlarda hadisə zamanı Nail Allahverdiyevin sükan arxasında olduğu gizlədilsə də, bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Ehsan Zahidov bu məlumatı təsdiq edib - sükan arxasında Nail Allahverdiyev olub və o, məsuliyyətə cəlb olunacaq.

Lakin N.Allahverdiyev hadisədən necə qurtarıb və hazırda haradadır? Bu suala 2 gündür rəsmi aydınlıq gətirilməyib. Qeyri-rəsmi məlumatlara görə, N.Allahverdiyev ağır yaralı halda xəstəxanaya çatdırılıb, hazırda da vəziyyəti yaxşı deyil.

"AzPolitika"nın məlumatına görə, bu gün sosial şəbəkələrdə N.Allahverdiyevin hadisədən sonrakı görüntüsü yayılıb. Fotodan da görünür ki, o, ağır xəsarətlər alıb və huşsuz vəziyyətdə yerdə uzanıb. Bundan başqa, hadisə yerindən videokadrlarda da N.Allahverdiyev görünür. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar