Oqtay Əsədov Həsən Ruhaninin andiçmə mərasimində iştirak edir

İranın 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilir.

APA-nın Tehran bürosunın məlumatına görə, parlamentin binasında keçirilən andiçmə mərasimində 1200 rəsmi şəxs iştirak edir.

Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. O. Əsədov İran parlamenti spikerinin müavini Məsud Pezeşkiyan tərəfindən rəsmi qəbul olunub.

Qeyd edək ki, andiçmə mərasimində 17 dövlət və hökumət başçısı iştirak edir.

Andiçmə mərasiminin keçirildiyi parlamentin binasında təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar