Roqozin İranın müdafiə naziri ilə görüşüb

roqozin«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Baş nazirinin müavini Dmitri Roqozin İranın müdafiə naziri Hüseyn Dehqanla görüşüb.

Bundan əvvəl Roqozinin aparatındakı mənbə xəbər vermişdi ki, nazirlə görüşün gedişində Rusiya silahlarının alınması məsələsi müzakirə olunacaq. Sanksiya siyahısına daxil edildikdən sonra, ölkələr əvvəlcədən hərbi-texniki və texnlooji əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

«İranın müdafiə naziri Hüseyn Dehqanla müzakirə olunması bir çox məsələ var idi» - deyə, şənbə günü Roqozin özünün «Tvitter»ində yazıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Roqozin İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar