“GELANDEWAGEN”lə YARIŞAN SÜRÜCÜ HƏBS OLUNDU! – FOTOLAR

Dərc olunub: 06/08/2017 - 19:04

2e17a72d-730c-4f80-90c3-54d54382e6e4_292Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

“Report”un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

M.İsmayılovun Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

0c0ff754-d670-4817-8774-44f380366b96

2e17a72d-730c-4f80-90c3-54d54382e6e4

4b5c9e5e-57f9-4863-ae56-c6679bc42345

a1f16497-f1e2-4c5e-b3a2-d42bdc259120

a617e969-0582-416b-8abb-f41d7a07b614

c0000f0f-12d1-4adb-94ba-55a77e92a719

da302cd2-0bcb-4598-87e1-70ee4c9a1593

ded34536-a3f8-4f67-9dfb-56d15f2f48d9

339d3116-18e9-4048-ab60-901fb9fcb89b

6ed20f59-dcf5-468f-b338-27f30d4228f4


loading...


Fikrinizi bildirin