Eyfel qülləsinə bıçaqla çıxmağa cəhd edən şəxs terror aktı törətmək istəyib

Ötən axşam Parisdə Eyfel qülləsi qarşısında polis nəzarət məntəqəsinə bıçaqla hücum edən şəxsin terror aktı törətmək niyyəti olduğu üzə çıxıb.

APA-nın məlumatına görə, bu barədə “France-Presse” agentliyi hüquq-mühafizə orqanlarına yaxın mənbəyə istinadən məlumat yayıb.

Həmin şəxs 1998-ci il təvəllüdlü Mavritaniya əsilli Fransa vətəndaşıdır. Psixi problemləri olan bu şəxs iyulun sonlarında xəstəxanadan buraxılıb. O, istintaqa ifadəsində deyil ki, İŞİD terror təşkilatının üzvüdür, hərbçiləri öldürərək terror aktı törətmək niyyətində olub. Terror aktı törətmək niyyətində olduğunu etiraf etməsi ilə əlaqədar həmin şəxslə bağlı cinayət işi Paris Prokurorluğunun terrorizmlə mübarizə bölməsinə təhvil verilib.

Qeyd edək ki, avqustun 5-də yerli vaxtla saat 23.30 radələrində bıçaqla silahlanmış kişi Eyfel qülləsi qarşısındakı polis nəzarət məntəqəsini keçməyə cəhd göstərib. Polis dərhal onu zərərsizləşdirib. Olaydan sonra Eyfel qülləsindəki ziyarətçilər evakuasiya edilib, polis və minaaxtaranlar qüllənin bütün mərtəbələrini yoxlayıb. Qüllədə hər hansı şübhəli əşya aşkarlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar