“YouTube”un mobil versiyasında videonun sürətini dəyişdirmək mümkün olacaq

“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib.

Azərtac therunet.com saytına istinadən bildirir ki, bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir.

“Google” şirkəti bu funksiyanı “Android” üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələ ki, sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd ediblər ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar