Saakaşvili özünün Ukrayna pasportunu göstərdi

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşaya daxil olduğu sənədi-Ukrayna vətəndaşının pasportunu təqdim edib.Virtualaz.org bildirir ki, bununla bağlı müvafiq video Saakaşvilinin Facebook səhifəsində bu gün - 7 avqustda yerləşdirilib.

"Mən (...) Amerikada aeroporta getdim, təyyarəyə əyləşdim, onlar mənim pasportuma baxdılar, heç bir problem olmadı. Baxmayaraq ki, Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov ABŞ-da fəaliyyətdə olan səfiri çağırıb xəbərdarlıq etmişdi ki, məni bu pasportla buraxmasınlar", - deyə Avromaydan tərəfdarları ilə görüşündə siyasətçi açıqlama verib.

Saakaşvili əlavə edib ki, Polşaya uçub gələndə də ona gülümsəyib "Xoş gəlmisiniz" deyiblər. O sonda həmçinin vurğulayıb ki, Ukrayna pasportunun olması ilə fəxr edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar