Bu ilin ikinci Ay tutulması başa çatıb

Bu gün ilin ikinci Ay tutulması baş verib. APA-nın xəbərinə görə, Ay tutulması saat 21:22-də başlayıb, saat 22:20-da maksimumda olub, saat 23:18-də başa çatıb.

Budəfəki Ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Belə ki, bu gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetə bir qədər də yaxınlaşıb. Nəticədə Ay öz dörddə bir hissəsini planetin kölgəsində buraxıb. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayıb.

Maraqlı təbiət hadisəsi Moskva şəhərində, Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə edilib. Bu hadisə Azərbaycandan da müşahidə olunub. Belə ki, günbatandan sonra Ay tutulmasının bir hissəsini görmək mümkün olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar