Zakir Həsənovdan casusun general iddiasına kəskin reaksiya

Dərc olunub: 21/06/2014 - 11:10

axar.az1397113491zakir_axarDünən Müdafiə Nazirliyində keçirilən dar çevrəli toplantıda nazir Zakir Həsənov onun haqqında yalan məlumat ötürməkdə adı hallanan Elxan Məcidovun general rütbəsi almaq üçün Ali Baş Komandana təqdim ediləcək siyahıda adının olmasına kəskin etiraz edib.

Bu barədə Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, nazir barəsində yalan məlumat yayan polkovnik haqqında artıq xəbəri olduğunu bildirib:

“Müdafiə Nazirliyində Elxan Məcidovla bağlı çox böyük gərginlik olub. 26 iyun Milli Ordu Günü ilə əlaqədar general adı alması üçün Ali Baş Komandana təklif edilən siyahıda polkovnik Elxan Məcidovun da adı olub. Nazir isə bir müddət əvvəl hazırlanan bu siyahının növbəti müzakirəsində onun təqdimatına qəti etiraz edib. O, polkovnikin onunla bağlı yaydığı məlumatlardan xəbərdar olduğunu və Elxan Məcidovun zabit adı daşımasının özünün belə yanlış olduğunu bildirib.

Yekun siyahı isə Ali Baş Komandana təqdim edilmək üçün Prezident Administrasiyasına göndərilib. Administrasiyaya təqdim olunan şəxslərə gələn həftə Prezidentin əmri ilə rütbələr veriləcəyi gözlənilir”.

Qeyd edək ki, bir müddət öncə mediada Zakir Həsənovun Prezidentə istefa ərizəsi yazması haqqında məlumat yayılmışdı. Buna səbəb kimi nazirin fəaliyyətinə çoxlarının mane olması göstərilmişdi. Müdafiə Nazirliyi isə mətbuatda yayılmış informasiyanın doğru olmadığı ilə bağlı açıqlama verdi. Hərbi ekspert Üzeyir Cəfərov saytımıza özəl açıqlamasında bu və bu tipli yalan xəbərlərin Baş Qərargahda şöbə rəisi olan polkovnik Elxan Məcidov tərəfindən ötürüldüyünü və artıq “casusun” kimliyi barədə general Zakir Həsənovun məlumatlandırıldığını bildirmişdi.








loading...


Fikrinizi bildirin