Amerikalıların kredit kartı borcları ilk dəfə 1 trln. dolları ötüb

Amerikalıların istehlak kartları üzrə borcları tarixi rekord səviyyəyə yüksəlib."Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Federal Ehtiyat Sistemi (FED) məlumat yayıb.

Bildirilib ki, iyun ayında amerikalıların kredit kartı borcları 1,02 trln. dollara çatıb.

"Bloomberg"in yaydığı xəbərə görə, ABŞ-ın "Citigroup" və JPMorgan" kimi nəhəng bankları sürətlə kredit kartı sahiblərinin sayını artırmağa çalışırlar.

"Banklar hesab edirlər ki, bu dəfə hər şey çox yaxşı olacaq. ABŞ-da 2008-ci ildə əmlak qiymətlərinin kəskin düşməsi böhrana səbəb olub. Bundan sonra işsizlik 10%-ə çatıb. Növbəti iki ildə isə banklar 100 mlrd. dollardan çox kredit kartı borcunu silməyə məcbur olublar", - agentlik qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar