Çində dəhşətli zəlzələ: Otel çökdü, ölənlər var

Çinin Siçuan əyalətinin Jiuzhaiqou bölgəsində Rixter şkalası üzrə baş verən 7 bal gücündə zəlzələ nəticəsində 2 min nəfərin qaldığı otel qismən dağılıb.Axar.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 21:19-da meydana gəlib.

Məlumata görə, Tiantan otelinin foyesinin tamamilə çökməsi nəticəsində 5 nəfər ölüb. Otelə gedən yolun dağlıq ərazilərdən keçməsi səbəbindən təcili yardım xidməti vaxtında olaya müdaxilə edə bilməyib.

Buna baxmayaraq, 500 nəfərin təxliyə edildiyi bildirilib.

63 nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar