Gürcüstan XİN-i Rusiya prezidentinin Abxaziyaya səfərini pisləyib

ürcüstan XİN-i Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib. APA-nın xəbərinə görə, bu barədə Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir.

XİN, Rusiya prezidentinin separatçı bölgəyə səfərinin fundamental normaları və beynəlxalq qanunvericiliyi pozduğunu qeyd edib.

“XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”, - deyə bəyanatda bildirilir.

Gürcüstan XİN-i Rusiyanın beynəlxalq öhdəlikləri icra etməsi üçün beynəlxalq ictimaiyyəti effektiv tədbirlər görməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar