«Almaniya səhvini anlayacaq, amma gec olacaq» - Ərdoğan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, Almaniya öz səhvini anlayacaq, amma bu, gec olacaq.

«Türkiyənin xaricdə möhkəm mövqeyi var. Almaniyada öz səhvlərini anlayacaqlar, amma gec olacaq, çünki Ankara səhvlər etməyib, Berlin isə səhv kursa yönəlib» - deyə, Türkiyə Prezidenti Tranzondakı mitinqdə bəyan edib. Xəbəri «Anadolu» agentliyi yayıb.

Prezident əlavə edib ki, Berlinin hərəkətləri Ankara üçün heç bir məna daşımır. O, Almaniya hakimiyyətinin antitürk çıxışlarına fikir verməməyə çağırıb.

Bundan əvvəl Ərdoğan terrorçulara sığınacaq verməkdə məsuliyyəti Almaniyanın üzərinə qoymuşdu: «Almaniya terrorçuları müdafiə etməklə məşğuldur. Biz Almaniya kansleri Angela Merkelə 4,5 min dosye təqdim etdik, amma onlardan heç birinə cavab almadıq».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar