SEVİNC OSMANQIZININ KEÇMİŞ ƏRİ DƏ EV ALIB – “Londonda malikanəsi var”

Dərc olunub: 09/08/2017 - 22:55

403479296

Prezident İlham Əliyevin sərəncamı ilə mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binadan ev alanlar arasında, nə qədər qəribə və anlaşılmaz da olsa, Bakıda, ölkənin digər bölgələrində 2 və daha artıq mənzili, bağ evi, hətta villası olanlar da var.

Belələrindən biri hazırda ABŞ-da yaşayan tanınmış jurnalist, Azərbaycan hökumətinin “qara siyahı”sında olan “Meydan.tv”-nin əməkdaşı Sevinc Osmanqızının keçmiş həyat yoldaşı, «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilovdur.

sevinc

A.Xəlilova jurnalistlərin binasından 3 otaqlı mənzil verilib. Lakin “AzPolitika.info”ya daxil olan məlumatda A.Xəlilovun nəinki bu evə ehtiyacının olmadığı, hətta onun London şəhərində malikanəsinin (!)olduğu da iddia olunub. “Azərin Bakıda yeni tikililərdə bir neçə mənzili, Bakıda bağ evi, Londonda malikanəsi var. Jurnalistlərin binasından da ona 3 otaqlı mənzil verilib” – mənbə bildirir.

Xatırlatmaq yerinə düşər ki, bir neçə il əvvəl S.Osmanqızı Azərbaycan KİV-lərinə açıqlamasında keçmiş həyat yoldaşı və onun qardaşının İngiltərədən siyasi sığınacaq istədiklərini bildirmişdi. Sitat: “Bu həmin qardaşlardır ki, analarını İngiltərəyə aparmaq üçün Azərbaycan rəhbərliyinə qara yaxır. BBC jurnalistlərinin guya Azərbaycanda sıxışıdırıldığını iddia edirdilər. Onların siyasi sığınacaq üçün müraciəti bu gün də Böyük Britaniyanın Azərbaycandakı səfirliyindədir. Mən elə bu ailənin çirkin əməllərinin, vətənə, dövlətə xainliyinin şahidi oldum və birdəfəlik ayrıldım. Onların bugünkü əməlləri bir daha sübut edir ki, düz hərəkət etmişəm”.

A.Xəlilovun keçmiş həyat yoldaşının bu ittihamına cavabında isə maraqlı bir nüans var idi və A.Xəlilovun həqiqətən də İngiltərədə evi olduğunun dolayı sübutu sayıla bilər. Sitat: “Mən və mənim qardaşım uzun müddətdir ki, Azərbaycanda yaşayırıq, bir vətəndaş kimi, bacardığımız qədər ölkəmizin rifahına töhfə verməyə çalışırıq və fəaliyyətimizi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə uyğun qururuq.
Mən və qardaşım Britaniyada müddətsiz qalmaq hüququna malikik. Bu da öz növbəsində təsdiq edir ki, guya siyasi sığınacaq almaq üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müraciət etməyimiz barədə S.Osmanqızının səsləndirdiyi fikirlər cəfəngiyyatdır və yalnız acı gülüş doğura bilər”.

A.Xəlilov və qardaşının İngiltərədə müddətsiz qalmaq hüququ necə əldə olunub? Bu hüquq onlara Londonda evləri olduğu üçün verilməyib ki?…

Burdan belə görünür ki, jurnalistlərə mənzil bölgüsü ilə bağlı yaradılmış komissiya həqiqətən də çox “gərgin işləyib” və iddia olunduğu kimi, ən çox “haqqı və ehtiyacı” olanlara ev paylayıb. Belə “ədalətli” bölgüdə üzü gülənlərdən biri isə Bakıda və Londonda cəmi bir neçə mənzili, bağı olan Azər Xəlilov olub. Beləsinə hansısa yolla gələcəkdə (Komissiyanın bəzi üzvləri bu yolları yaxşı bilirlər-red) 3-cü binadan da bir mənzilin verilməsi “komissiyanın” ədalətinin təntənəsi ola bilər…

“AzPolitika”


loading...




Fikrinizi bildirin