Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı intihar edib

Rusiyanın Lipetsk şəhərində 20 yaşlı azərbaycanlı özünü ağacdan asaraq intihar edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, azərbaycanlı pul qazanmaq məqsədilə Lipetsk şəhərindəki qohumlarının yanına gedibmiş.

Onun meyiti parkda gəzən yerli sakin tərəfindən aşkarlanıb.

Azərbaycanlı gənc işə düzəlmək üçün sənədlərinin qaydaya salınması ilə məşğul olub.

İntiharın səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar