Azərbaycan ordusu erməniləri belə güllələyir - Video

Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttinin qərb istiqamətində intensiv atışmalar davam edir.

Bir gün əvvəl Ermənistan ordusunun mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndi şiddətli atəşə məruz qalmışdı və biri uşaq olmaqla üç dinc sakin yaralanmışdı.

Erməni tərəfinin yaydığı məlumatdan bəlli olur ki, Azərbaycan ordusu da düşmənin bu atəşlərini cavabsız qoymayıb və Ermənistan ordusunun Tavuş vilayəti, Aykepar kəndi istiqamətindəki mövqelərinə iriçaplı silahlardan şiddətli cavab atəşi açıb.

Aykepar kəndinin rəhbəri Andranik Aydınyan aysor.am saytına bildirib ki, Azərbaycan ordusunun mövqelərindən Ermənistan silahlı qüvvələrinin mövqeləri iyunun 20-də saat 18-dən 19:30-a qədər atəşə tutulub.

“Bizim hərbçilərimizin cavab atəşindən sonra atışma dayandı” - deyə Aydınyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi əsasən iriçaplı silahlardan atəş açırdı: “Bir neçə gün əvvəl də atırdılar. Güllələr beşmərtəbəli evə dəydi, həyətdə də uşaqlar oynayırdı”.

Sayt bu ilin aprelində baş verən atışmalardan birinin kadrlarını da yayıb. Həmin kadrlarda Aykepar kəndində barəsində söhbət gedən beşmərtəbəli evin atəşə tutulması əks olunur. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar