FETO-çu GENERAL BAKIDA KİMƏ ZƏNG ETDİYİNİ AÇIQLADI - Qiyam ərəfəsində arayıb...
FETO terror şəbəkəısinin Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz silahlı çevriliş cəhdinə başçılıq etməkdə təqsirləndirilən hava qüvvələri generalı Akın Öztürk həmin hadisələr ərəfəsində Azərbaycana etdiyi telefon zənglərinin məqsədini məhkəmədə açıqlayıb. FETO-çu xain general həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına zəng vurduğunu bildirib.
Virtualaz.org xəbər verir ki, General Akın Öztürk 15 iyul hadisələri zamanı Yüksək Hərbi Şuranın üzvü olub. Qiyamçıların tərəfində olan F-16 təyyarələri generalın kürəkəni, polkovnik Hakan Karakuşun komandanı olduğu Akıncı hərbi hava bazasından qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. Akın Öztürkün adı isə çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı. İstintaq materiallarına əsasən general hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.
Məhkəmədə Akın Öztürk ifadə verərək 15 iyul hadisələri ərəfəsində xarici ölkələrə etdiyi telefon zənglərinə izahat verib. Öztürk deyib ki, Azərbaycanda həmin iki zəngi Hərbi Hava Qüvvələrinin komandanına etmişdi. Generalın bildirdiyinə görə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına etdiyi zənglərdən birində məqsəd onu “bayram münasibətilə təbrik etmək”, ikincisi isə Qarabağda, təmas xəttində atışmalar zamanı Azərbaycan ordusunun şəhidlər verməsinə görə başsağlığı vermək idi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.