ABŞ ordusunun qərargah rəisi Gürcüstana səfər edib

ABŞ ordusunun qərargah rəisi, Quru Qüvvələri baş komandanı, general Mark Mayli Gürcüstana səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Mayli Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Çaçibaya ilə görüşüb və Tbilisi ətrafındakı Vaziani bazasında keçirilən çoxmillətli “Layiqli tərəfdaş 2017” hərbi təlimlərinə baş çəkib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın müdafiə naziri Levan İzoriya avqust ayında 7 amerikalı generalın ölkəyə səfər edəcəyini, sentyabrda isə iki ölkə arasında hərbi hazırlıq üzrə saziş imzalanacağını bildirib. Hazırda ABŞ-ın Almaniyanın Xoxenfels qəsəbəsindəki hərbi təlim bazasının rəisi, general Antonio Aquto da Gürcüstandadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar