ABŞ, İsrail və Rusiya gizli danışıqlar aparıblar

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, iyulun əvvəlində İsrailin kütləvi informasiya vasitələri (KİV) Təl-Əviv, Vaşinqton və Moskva arasında aparılan gizli danışıqlardan xəbər tutub. Danışıqlarda Suriyadakı vəziyyət müzakirə olunub.

«Haaretz» qəzetinin diplomatik dairələrdəki mənbəyinin məlumatına görə, danışıqlar atəşkəsə və Suriyanın cənubunda təhlükəsizlik zonalarının müəyyən edilməsinə həsr olunub. Danışıqların üç raundu İordaniyanın paytaxtında və adı açıqlanmayan Avropa paytaxt şəhərlərinin birində keçirilib.

Qeyd olunur ki, İsrail tərəfi İranın Suriyaya təsirindən öz narahatlığını bildirib, ABŞ və Rusiya nümayəndələrini situasiyaya təsir göstərməyə çağırıb. Xüsusilə, Tel-Əviv isttsna etmir ki, İran Suriya ərazisində raketlər yerləşdirə bilər və bu raketlər İsrailə və İordaniyaya potensial təhlükə təşkil edər.

Qəzet yazır ki, danışıqlar Donald Trampla Vladimir Putinin ilk görüşündən və Suriyada təhlükəsizlik zonalarının yaradılması elan olunandan bir neçə gün əvvəl baş tutub. Nəşrin versiyasına görə, danışıqlar İsrail üçün uğursuzluqla nəticələnib.

Rusiya tərəfdən danışıqlarda Suriya tənzimləməsi üzrə Prezidentin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, ABŞ tərəfdən xüsusi nümayəndə Brett Makqurk və dövlət başçısının Suriya üzrə xüsusi səfiri Maykl Ratni iştirak edib. İsrail tərəfini danışıqlarda xarici işlər nazirliyinin məmurları, xüsusi xidmət nümayəndələri və hərbçilər təmsil edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya silahlı qüvvələri Baş qərargah rəisi Valeri Gerasimov ABŞ birləşmiş qərargahlar komitəsinin rəisi Cozef Danfordla Suriyadakı və İraqdakı situasiyanı müzakirə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar