Müasir tarixdə ilk dəfə özəl ordu bir ölkəni işğal edə bilər

ABŞ-ın “Blackwater” şirkəti Əfqanıstanın “təhlükəsizliyini” öz üzərinə götürməyə hazır olduğunu bəyan edibƏfqanıstanda vəziyyət günü-gündən ağırlaşır. Radikal dinçi Taliban hərəkatı daha çox vilayətləri ələ keçirir. Talibanın qarşısında duran səhra komandirləri prezident Əşrəf Qəni ilə yola getmirlər.

Bütün bunlardan isə ən çox mülki əhali əziyyət çəkir. Taliblərin Əfqanıstanın Sari-Pul vilayətinin Mirzəvələng kəndində törətdiyi qırğın buna sübutdur. Terror təşkilatı cəmisi 6-sı polis olmaqla içində qadın və uşaqların daxil olduğu 500 mülki əhalini məhv ediblər.

Hazırda ölkənin 60%-i hökumətin, 11%-i taliblərin, 29%-i isə səhra komandirlərinin nəzarətindədir. Əfqanıstanda xidmət edən 15 minlik beynəlxalq qüvvənin isə vəziyyəti xilas etməyə gücü yoxdur. Belə bir situasiyada ABŞ hökumətinə yaxın özəl hərbi şirkətlər Əfqanısanda qayda-qanunu bərpa edilməsi ilə bağlı öz xidmətlərini təklif ediblər.

0.jpg (31 KB)

ABŞ-ın ən böyük özəl hərbi şirkəti “Blackwater”in (hazırda Alkemi adlanır) qurucusu Erik Prins bununla bağlı hökumətə plan təqdim edib. Onun fikrincə, plan ABŞ hökumətinə ildə 40 milyard dollar qənaət etməyə imkan verəcək.

“Financial Times” qəzeti məsələ ilə əlaqədar Erik Prinsdən müsahibə alıb. Burada Prins planın müəyyən detallarını açıb. Plan Əfqanıstana 5 min muzdlu əsgərin, 100 təyyarənin və helikopterin göndərilməsini nəzərdə tutur. Prins layihənin 10 milyard dollar dəyərində olacağını ifadə edib. Müqayisə üçün qeyd etmək olar ki, təkcə bu il ABŞ büdcəsindən Əfqanstandakı əməliyyatlara 45 milyard, keçən il isə 50 milyard dollar ayrılıb.

“Biz Əfqanıstanda həddən artıq çox pul xərcləyirik. Bundan başqa, bu pullar korrupsiya və fərari əsgərlərin sayəsində Talibanın əlinə keçir. Mən hər şeyi öz üzərimə götürməyə hazıram”, - Prins bəyan edib.

erik prins 1.jpg (217 KB)

Erik Prins

Planda Əfqanıstanın faktiki olaraq müflis dövlət elan edilməsi, suverenliyinin məhdudlaşdırılması və ölkədə Prinsin də “vitse-kral” adlandırdığı hərbi idarəçinin təyin olunması nəzərdə tutulub.

ABŞ mətbuatının yazdığına görə, bu, Erik Prinsin Əfqanıstana girməklə bağlı ilk cəhdi deyil. “The Wall Street Journal”ın yazdığına görə, Prinsin “vitse-kral” ideyaları Obama administrasiyasında qəti olaraq rədd edilib.

“The Military Times” qəzeti isə Erik Prinsin eyni təklifi bu dəfə Əfqanıstan hökumətinə bildirdiyini yazır. “Blackwater”in qurucusunun ABŞ hökumətinə yenidən girişməsi isə onun Əfqanıstan hakimiyyətindən eyni cavabı aldığını göstərir.

fcBlTAw.jpg (269 KB)

Hər halda, “Blackwater” bu vaxta qədər ABŞ hərbçilərinin ən sevimli şirkətlərindən biri sayılır. ABŞ-ın İraqdakı işağlı zamanı məhz bu şirkət mühüm dövlət obyektlərinin, habelə, vəzifəli şəxslərin qorumasını öz üzərinə götürmüşdü, lakin şirkətin adı İraqda ən çox 2007-ci ildəki qalmaqala görə yadda qalıb.

 

Dyncorp-members.jpg (73 KB)

2007-ci il senyabrın 16-da “Blackwater”in əsgərləri Bağdadın Nisur meydanında dinc əhalini gülləbaran ediblər. Nəticədə şirkətin xidmətlərindən bir müddət imtina edilib.

Sonda onu qeyd edək ki, Erik Prins ABŞ-ın indiki təhsil naziri Betsi Devosun doğma qardaşıdır. (musavat.com)

ERİK PRİNS, BETSİ DEVOS.jpg (76 KB)

Erik Prins və Betsi Devos

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar