BƏƏ Avropa banklarına boykot elan edib

dc25b519-bfc6-42f0-9018-11dd1abee9ad_292«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərin biznes-dairələrinin nəhəng səhmdarı olduğu «Credit Suisse», «Deutsche Bank» və «Barclays» kimi Avropa banklarına qeyri-rəsmi boykot elan edib.

«The Financial Times» nəşrinin məlumatına görə, sözügedən banklar yaxın aylarda çətin ki, Əbu-Dəbinin əhəmiyyətli mandatını uda bilsinlər. Nədən ki, onların nəhəng səhmdarları qismində Qətərin Suveren fondu və hakim ailənin üzvləri çıxış edir.

«Bizə bildirdilər ki, qeyri-rəsmi boykot fəaliyyətdədir. Qara siyahı barədə açıq xəbər verilməyib, ancaq söhbət pərdəarxası fırıldaqlardan gedir» - deyə, nəşr situasiya ilə tanış olan mənbədən sitat gətirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar