AXCP-də ASƏF QULİYEV ŞOKU - Əli Kərimlinin ən sadiq adamının müəmmalı gedişi

 Asəf Quliyev getdi, yoxsa apardılar?

AXCP-nin sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev həm Milli Şuradan, həm də AXCP sıralarında istefa verib. Bir qədər əvvəl sosial şəbəkədə yayılmış bu xəbəri A.Quliyev təsdiq edib.  O, istefasının səbəbini belə izah edib:

“Belə lazım idi. Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ-nın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki,20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağişlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum.... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim”.

A.Quliyevin bu addımı, şübhəsiz ki, sensasiyadır. Lakin fikrimizcə, seçkiyə 4 gün qalmış A.Quliyev kimi əqidəsinə sadiq bir siyasətçinin istefasının arxasında ciddi səbəblər var. Bir qədər də açıq danışsaq, bu istefada hakimiyyətin əməyi var. Çox böyük ehtimalla, A.Quliyev ciddi təzyiqlər nəticəsində bu addımı atıb. Bəlkə də onun başqa seçim şansı olmayıb.

Hər halda, seçki ərəfəsində AXCP-dən bu şok istefanın pərdə arxasını yəqin ki, yaxın günlərdə görə biləcəyik.

V.Nəsibov

AzPolitika.info 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar