3 milyon manat mənimsəyənin məhkəməsi təxirə salındı - Arif Əsgərovun baldızı oğludur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məbləğdə dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin müdafiəsinə yeni qoşulan cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Həmçinin zərərçəkmiş Mahmud Şəmmədzadə məhkəmə iclasına gəlmədiyinə görə onun barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılıb. Məhkəmə prosesi avqustun 18-ə kimi təxirə salınıb.

Qeyd edək ki, E.Hüseynovun barəsindəki həbs-qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib. O, hazırda ev dustaqlığındadır. Təqsirləndirilən şəxs külli miqdarda dələduzluqda ittiham olunur. O, Tural Hüseynovun 382 min dollar, Namiq Mehdiyevin 80 min manat, Emil Məmmədovun 2 milyon 500 min dollar və Mərziyyə Rzayevanın isə 19 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə təqsirli bilinir. Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnterpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Cinayət əməlinə görə həbs edilən E.Hüseynovun barəsində Səbail Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərarı çıxarıb.

1RAHIBYeri gəlmişkən onu da bildirək ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar