ABŞ UKRAYNAYA AĞIR SİLAHLAR GÖNDƏRSƏ… – “Rusiyanın cavabı çox sərt olacaq”

Dərc olunub: 11/08/2017 - 12:07

“Ukraynaya ölümsaçan ağır silahların göndərilməsi səhvdir”

original_1495607007

Hal-hazırda Tramp administrasiyası Ukraynaya ölümsaçan silahlar göndərməyin mümkünlüyü haqqında qərar verir. Bu potensial addım, ukraynalı hərbiçiləri həm ruslara, həm də Donbas regionundakı separatçılara hesab ödətdirmək gücünə çatdıra bilər. Və beləliklə də, Kreml silahın yerə qoyulmasının daha düzgün olduğunu anlayar.

Ancaq bunlarla yanaşı, tamamilə əks nəticələrin ortaya çıxması da ehtimal olunur. Belə ki, münaqişənin gərginləşməsi Ukrayna ərazilərinin itirilməsinə və ölkədəki siyasi sabitliyin polzulmasına da gətirib çıxara bilər. Rusiya mübahisəsiz olaraq, Ukrayna üzərində hərbi üstünlüyə malikdir. Ona görə də, Birləşmiş Ştatlar Ukraynanı Rusiya ilə münaqişəni gərginləşdirməyə sövq etməməlidir. Vaşinqton çox yaxşı bilir ki, bu çəkişmədə Ukrayna qalib gələ bilməyəcək.

Nəyin bahasına olursa olsun, Ukraynanın ölümsaçan ağır silahlarla təmin edilməsi arzusunu başa düşmək olar. 2014-cü ildə Rusiya qanunsuz olaraq Krımı ilhaq etdi və Donbasdakı separatçıları dəstəkləyərək bu əraziləri ələ keçirdi. Nəticədə, on mindən çox insan həlak oldu. Bundan başqa Rusiya bu cür təcavüzkarlıq aktı sayəsində Ukraynanı Moskvanın təsir sferası altında saxlamağa və onun Qərb cəmiyyətinə inteqrasiyasını əngəlləməyə çalışıb.

ABŞ indiki şərtlər daxilində ukraynalılara özlərini müdafiə etmək üçün hərbi islahatlar aparmaqda və ordunun hazırlanmasında köməklik göstərməlidir. Bəs onda nəyə görə növbəti addımı atmayaraq, Ukraynaya ölümsaçan silahlar təqdim olunmasın?

vladimir-putin

Rusiya prezidentinin Donbası güzəştə gedəcəyini güman etmək olmaz. Çünki əgər xeyli sayda rus əsgərinin tabutunun evlərinə göndərilməsinin hansısa təsir göstərəcəyi düşünülürsə, deməli bu Kremlin xarakterinin tamamilə tanınmaması deməkdir. Putin Rusiya ictimaiyyəti ilə ustalıqla oynamağı bacarır. Əgər burada söhbət Ukrayna münaqişəsinədn gedirsə, onda Rusiya əsgərlərinin itkiləri çətin ki, onu geriyə addım atmağa məcbur etsin. O, döyüşlərin aktivləşməsində ABŞ-ı günahlandıraraq, öz düşməninin güclənməsini neytrallaşdırmaqdan ötrü, ciddi hərbi addımlar atacaq. İndiyədək ruslar Ukraynanın hərbi uğurlarına effektiv şəkildə və dağıdıcı fəaliyyətlərlə cavab veriblər. 2014-cü ilin yayında Ukrayna ordusu Donbasa doğru hərəkət edib, strateji İlovaysk şəhərini tutduqda, Putin təxirə salmadan xüsusi seçmə qoşunlarını işə qoşdu və çox tezliklə Ukrayna silahlılarını məhv etdilər.

Əgər Rusiya Amerikanın Ukraynaya silah yollamasına cavab olaraq, gəriginliyə getməyə qərara versə, onda Vaşinqtonun buna qarşı tədbir görməsi hədsiz çətinləşəcək. Tramp administrasiyasının hansı tədbir görməsinə baxmayaraq, Rusiya daima bir addım irəlidə olacaq.

Rusiya və Ukrayna arasındakı quru və dəniz sərhəddinin uzunluğu 1500 mildir (təxminən 2500 km). Bunu hesaba alıb demək olar ki, Rusiya düşünülmüş şəkildə riskə gedir, çünki oyunun öz xeyrinə qurtaracağından əmindir.

Birləşmiş Ştatlar Rusiyanın hərbi cəhətdən Ukraynadan güclü olduğu müstəvidə deyil, onun başlıca zəif tərəfi olan iqtisadi sabitsizlik üzərindən oynamalıdır. Həmin cəbhədə üstünlük Kremldə yox, tamamilə ABŞ və onun müttəfiqi Avropa Birliyinin tərəfindədir. Təbii yanacağın qiymətinin aşağı düşməsi və Ukraynadakı hadisələrlə əlaqədar beynəlxalq sanksiyalara məruz qalan Rusiyanın iqtisadiyyatı ciddi şəkildə laxlayıb. Sanksiyaların saxlanılması və lazım gələrsə onların genişləndirilməsi Rusiyaya ən yaxışı təsir mexanizmidir. Qərb bu vasitə ilə münaqişənin diplomatik həllinə çalışır. Görünür ki, ABŞ konqresi bunu yaxşı anlayır və ona görə də, Ağ Evdən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.

Ölümsaçan silahların Ukraynaya göndərilməsinin daha bir neqativ aspekti var. Bu addım ABŞ ilə onun başlıca müttəfiqi Avropa Birliyinin arasını aça bilər. Almaniya və Fransa Danbas üçün müvafiq qərarın tapılması üçün diplomatik səylərin əsas yükünü öz üzərlərinə götürüblər. Onların hər ikisi münaqişənin qızışmasından qaçmaqdan ötrü Ukraynaya ağır silahların verilməsinə qarşı çıxırlar.

Münaqişənin ilk başlarından Ukraynaya ağır silahlı texnikadan başqa digər hərbi yardımın göstərilməsi və həmçinin də Rusiyaya qarşı iqtisadi sanksiyalar hazırlamaq istiqamətində ABŞ və Avropa öz hərəkətlərini koordinasiya edirdilər. Vahid cəbhə ilə Putinə qarşı duran və Rusiyanı cəzalandıran Transatlantik əməkdaşlığı Qərbin ən güclü tərəfidir. Amma buna baxmayaraq, Atlantikanın hər iki tərəfində kommersiya gəlirləri naminə sanksiyaların götürülməsini istəyənlər də var.

ABŞ konqresinin sanksiyalar haqqında bu yaxınlarda qəbul etdiyi qanun Avropa şirkətlərinə zərbə vurduğu üçün, bu avropalıların səbr kasasını daşırıb. Əgər ABŞ bu başdan Avropa Birliyi ilə məsləhətləşmədən öz isyəyinə uyğun şəkildə Ukraynaya silah yollayacaqsa, onda Ukrayna məsələsinə dair həmrəylik risk qarşısında qalacaq.

Elə Putin də məhz bu məqsədə çatmaq üçün hərtərəfli səy göstərir. Əgər Moskvanın çoxdan gözlədiyi kimi Vaşinqton Transatlantik əməkdaşlığında parçalanma yaradarsa, onda o çox ciddi strateji səhvə yol vermiş olar.
Göründüyü kimi, Ukrayna münaqişəsinin diplomatik həll yolu tapılmayana kimi, bu Rusiya və Qərblə münasibətləri zəhərləyəcək. Lakin Ukraynaya ölümsaçan silahların yollanılması hərbi qarşıdurmaya və Transatlantik fikir ayrılığına aparan birbaşa yoldur. Ukraynaya sülh gətirə biləcək ən yaxşı üsul, masa arxasında kompromisə nail olmayanadək Rusiyanın siyasi və iqtisadi izolyasiyada saxlamağa hədəflənmiş Transatlantik bütövüyünün dəstəklənməsidir.

(“The Wasington Post”-ABŞ)


loading...




Fikrinizi bildirin