İrandan şovinist qərar: Türk Fraksiyası ləğv edildi

İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılıb.Axar.az xəbər verir ki, bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar deyib. O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq:

“Bilmirəm, “türkdillilər” sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar”.

Qeyd edək ki, İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar