Rusiya və Belorus RƏM sistemini birləşdirir

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya ilə Belorus raket əleyhinə müdafiə (RƏM) sistemlərini birləşdirmək qərarına gəliblər. Bu gün məlum olub ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin uyğun Protokolu ratifikasiya etmək üçün Dövlət Dumasına göndərib.

Bu sənəd 2009-cu ildə bağlanmış Sazişə dəyişiklikləri nəzərdə tutur.

Protokolun qüvvəyə minməsi ilə raket əleyhinə müdafiə məsələləri üzrə Rusiya və Belorus vahid səmaya malik olacaqlar. Bu da müəyyən mənədə, Belorusu Rusiyanın federasiya subyektlərindən birinə çevirmiş olur.

Amma bu addım, keyfiyyət baxımından Krımın ilhaqından bir qədər fərqlənir…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar