"İğtişaşlarda iştirak edənlər 25 il həbs edilməlidir" - Venesuela prezidenti

Venesuela prezidenti Nikolas Maduro ölkədə iğtişaşlarda iştirak etmiş şəxslərin 25 ilədək müddətdə azadlıqdan məhrum edilməsini təklif edib.

Trend-in məlumatına görə, o, bu təklifi yeni seçilmiş parlament qarşısında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, mədəni, siyasi və ideoloji səbəblərdən nifrət yayan şəxslər mühakimə olunmalı və 15, 10, 25 il müddətinədək həbs edilməlidir.

N.Maduronun fikrincə, bu qanun Venesuela xalqının birliyini daha da möhkəmləndirəcək və ölkədə ədaləti bərpa edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar