Çin lideri Trampı kəskin hərəkətlərdən çəkinməyə çağırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) liderləri telefonla Koreya yarımadasında yaranmış vəziyyəti müzakirə ediblər.

Si Tszinpin təmkin nümayiş etdirməyə və münaqişəni daha da qızışdıra biləcək bəyanat və hərəkətlərdən çəkinməyə çağırıb («Sinxua»).

Çin lideri problemin həlli üçün dialoqu davam etdirməyin və başlıca istiqamət olan siyasi tənzimləməyə üstünlük verməyin qaçılmaz olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp da öz növbəsində, qeyd edib ki, regional və beynəlxalq səviyyələrdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ABŞ Çinlə təmasları davam etdirmək niyyətindədir.

Tramp həm də Quam adasının qubernatoru Eddi Kalvo ilə telefon danışığı aparıb. Danışığın gedişində o, bəyan edib ki, adanın sakinləri təhlükəsiz şəraitdədirlər və Şimali Koreyanın son bəyanatlarından narahat olmağa dəyməz. Bu barədə Kalvo özünün «Feysbuk» səhifəsində yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar