Barak Obama siyasət aləminə qayıdır

obamaAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşsiş Ştatlarının (ABŞ) eks-prezidenti Barak Obama bu payız siyasət aləminə qayıtmaq niyyətindədir.

Eks-prezidentin köməkçilərindən birinə istinadla, bu barədə xəbəri «The Hill» nəşri yayıb.

O, deyib ki, Obama «delikant rəqslə» demokratların yanına qayıdacaq. Beləliklə, o, partiya çevrəsində qalacaq, amma onun «siması»na çevrilməyəcək.

Obamaya yaxın müşavirlər danışıblar ki, o, partiyanın bərpasına kömək edəcək - məsələn, vəsait toplanmasına başlaya bilər. Ancaq onun əsas işi pərdəarxası olacaq.

Nəşr onu da qeyd edir ki, Ağ Evin sabiq başçısı son aylar Demokrat partiyasının həyatında ictimaiyyətə məlum olanlardan daha mühüm rol oynayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar