"Qarabağ" - “Kopenhagen” oyununun biletləri satışa çıxarılıb

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb.

“Report”un məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 10 manat arası dəyişir. VİP sektoru üçün isə 50 manat təşkil edir.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ" – “Kopenhagen" matçı saat 20:00-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar