Yaponiya Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür

Yaponiya hökuməti ölkəni Şimali Koreyanın mümkün raket zərbələrindən qorumaq üçün "Patriot PAC 3" hava hücumundan müdafiə sistemləri quraşdırılmasına qərar verib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri Simane, Xirosima, Exime və Koti prefekturalarda quraşdırılıb.

Eyni zamanda Yaponiya Silahlı Qüvvələri Aegis izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaqlar.

Qeyd edək ki, bir müddət öncə KXDR rəsmiləri Sakit okeanında ABŞ-a məxsus Quam adasına raket zərbələri endirilməsi ilə hədələyiblər. Pxenyan rəsmiləri raketlərin Yaponiya üzərindən keçəcəyini söyləyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar