Pekində 1,2 min aviareys təxirə salınıb - Güclü yağış səbəbindən

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, güclü yağışlar səbəbilə, şənbə günü Pekin beynəlxalq aeroportu 1,2 min aviareysi təxirə salıb.

Pekin aeroportunun onlayn-lövhəsinin məlumatına görə, əsasən, daxili resylər təzirə salınıb. Bu tədbir Rusiyanın yükdaşıyıcı «AirBridgeCargo» şirkətindən də yan keçməyib.

Güclü külək dalğaları ilə müşayiət olunan yağış Pekini avqustun 11-də vurub. Paytaxt hakimiyyəti təhlükənin «sarı səviyyəsi»ni elan edib və 70 mm yağıntı düşə biləcəyi barədə xəbərdarlıq edib. Bu da sürüşmə və subasmaya səbəb ola bilər.

«Röyter» agentliyinin məlumatına görə, gecə ərzində Pekinə 20 mm-dən artıq yağıntı düşüb, şəhərin ayrı-ayrı rayonlarına isə demək olar 140 mm yağış yağıb.

Pekində pis hava şəraiti avqustun 15-ə qədər davam edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar