Tramp administrasiyası KXDR ilə gizli danışıqlar aparır! - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bəzi kütləvi informasiya vasitələri (KİV) Amerika Birləşmiş Ştatlarının (ABŞ )Prezidenti Donald Tramp administrasiyasının Koreya Xadq Demokratik Respublikası (KXDR) ilə gizli danışıqlar apardığı barədə xəbər tutublar.

Bir neçə amerikalı məmura istinadla «AP» agentliyi bəyan edib ki, Prezident Donald Trampın administrasiyası bir neçə aydır ki, gizli kanalla KXDR ilə məxfi danışıqlar aparır. Danışıqlarda ölkələr arasında ikitərəfli münasibətlər və Şimali Koreya zindanlarına məhbus həyatı yaşayan ABŞ vətəndaşlarının taleyi müzakirə olunur.

Bundan başqa, «AP» agentliyinin məlumatına görə, Şimali Koreyaya yönəlik siyasət üzrə ABŞ-n xüsusi nümayəndəsi Cozef Yun şəxsən KXDR ilə təmasları davam etdirir. Təmaslarda Şimali Koreya tərəfdən bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) missiyasının diplomatı Pak Son İl də iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar