12 yaşlı qızı maşın vurdu

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Şıxıyeva Nərgiz Firuz qızını avtomobil vurub.

Xəsarət alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün yerini dəyişməyən çəp sınığı, bədənin müxtəlif hissələrinin sıyrılması diaqnozu qoyulub, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar