Polis 4 kq-dan artıq narkotik müsadirə edib

Mingəçevir şəhər sakini Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Şəki ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar