KXDR-da 3,5 milyon könüllü orduya yazılıb! - ABŞ-la döyüşmək üçün

Dərc olunub: 12/08/2017 - 17:20

koreyaAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) 3,5 milyon könüllü (cavanlar və ehtiyatda olanlar) Amerika Birləşmiş Ştatları (ABŞ) ilə döyüşmək üçün hərbi xidmətə yazılıb. Bu rəqəmi Şimali Koreya Fəhlə partiyasının «Hodon Sinmun» qəzeti açıqlayıb.
Hakimiyyət dairələrinin məlumatına görə, Şimali Koreya vətəndaşları hərbi xidmətə başlamaq üçün kütləvi halda ərizə verirlər.
Qəzetin yazdığına görə, bu qədər könüllü təkcə 3 gün ərzində, KXDR hakimiyyətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) sanksiyalarını dəstəkləyən ABŞ-n ünvanına səsləndirdiyi sərt tənqiddən sonra toplanıb.
Ölkədə keçirilən kütləvi mitinqlərin iştirakçıları da ABŞ-la döyüşmək istəyi nümayiş etdirirlər.


loading...




Fikrinizi bildirin