Venesuela Prezidentini medaldan məhrum etdilər!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Argentina hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronu bu ölkənin yüksək dövlət təltifi - Xilaskar San-Martin medalından məhrum etmək qərarı verib.

Orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub. Maduro bu medalla 2013-cü ildə Prezident Kristina Fernandes de Kirşnerin qərarı ilə təltif olunub.

Maduronun medalını geri almaq qərarı verərkən, Argentina hökuməti onu «əsassız olaraq» hərbi resurslardan və məhkəmələrdən istifadə edərək, etirazları boğmaqda və müxaliətçiləri məhkəmələrə çəkməkdə günahkar elan edib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar