Türkiyədə İŞİD üzvləri həbs edilib
Baxiş sayı:
Dərc olunub:
12/08/2017 - 20:15
Türkiyədə İŞİD terror qruplaşmasının tapşırığı ilə qətllər törətməkdə şübhəli bilinən 3 şəxs həbs edilib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, polis əməliyyatları eyni zamanda Şanlıurfa, Qaziantep və Malatya əyalətlərində keçirilib. Əməliyyat iyulda Şanlıurfada Suriya vətəndaşının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.
Məlumata görə, saxlanılan şəxslərdə qətldə istifadə olunan silah aşkarlanıb.
İstintaqın versiyasına əsasən, Suriyanın Rəqqa şəhərindən Türkiyəyə gələn terrorçular İŞİD-ə qarşı mübarizədə iştirak edən şəxslərə hücumlar planlaşdırırmışlar.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.