Zakir Həsənov Moskvada jurnalistlərə danışdı: “Böyük perspektivlər var...”

Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində hərtərəfli tərəfdaşlığı inkişaf etmək niyyətindədirlər. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətləri üzrə inkişaf edir – hərbi-texniki əməkdaşlıq, hərbi tədris, birgə təlim və məşğələlər. Hesab edirəm ki, perspektivlərimiz böyükdür, bu əməkdaşlığı inkişaf etdirəcəyik”, - o deyib.

Z.Həsənov bildirib ki, Rusiya və Azərbaycan Xəzər dənizində birgə təlim keçiriblər. Azərbaycandan bir çox zabit və kursantlar RF-in hərbi tədris müəssisələrində təhsil alırlar.

“Rusiya istehsalı olan xeyli texnika ordumuzun ixtiyarındadır”, - Həsənov əlavə edib.

“Tank biatlonu” barədə danışarkən o, yarışların təşkil edilməsini yüksək qiymətləndirib və xatırladıb ki, Azərbaycanda “Xəzər Kuboku” keçirilib və burada dörd ölkənin hərbi-dəniz qüvvələri iştirak edib.

“Bu oyunların təşkilatçısı və ilhamçısı Rusiyadır. Hərbi oyunlar populyarlıq qazanır. Onlarda getdikcə daha çox ölkə iştirak edir”, - Həsənov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar