İraqda 4 polis əməkdaşı terrorçular tərəfindən öldürülüb

İŞİD terrorçularıının İraqın şərqindəki Diyala vilayətindəki polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Polkovnik Həbib əş-Şemri agentliyə bildirib ki, İŞİD terrorçuları Ən-Nədadakı neft müəssisəsində yerləşdirilmiş polis postuna hücum ediblər. Silahlılar hücumdan sonra qaçıb gizləniblər.

Terrorçular son vaxtlar Diyalanın neft sənaye mədənlərinə hücumları fəallaşdırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar