Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub

Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib.

Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar