Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşub - Xəsarət alanlar var

Daşkəsəndə iki avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşısına çıxan "VAZ-21015" markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar