Tovuzda 29 yaşlı qadın keysəriyə əməliyatından sonra ölüb

Tovuzda keysəriyə əməliyatından sonra narkozdan komaya düşən qadın ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyeva Oksana Hafiz qızı 12 gün əvvəl keysəriyə əməliyatından sonra dünyaya oğlan uşağı gətirib. Qadın əməliyat zamanı vurulan narkozdan komaya düşüb. Reanimasiya şöbəsində koma vəziyyətdə qalan qadın bu gün dünyasını dəyişib.

Qeyd edə ki, bu O.Əliyevanın 2-ci doğuşu olub, bundan əvvəlki hamiləliyində də bir oğul uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar