Misirdə toqquşmuş qatarların maşinistləri saxlanılıb

 

Misir Prokurorluğu İskəndəriyyə şəhəri yaxınlığında toqquşmuş qatarların maşinistlərinin saxlanılması barədə qərar çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "Ahram" "MENA" agentliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, maşinistlər narkotik maddələrin qəbulu ilə bağlı yoxlamadan keçiriləcəklər.

Prokurorluğun qərarına əsasən, onlar barəsində 15 günlük həbs qərarı çıxarılıb. Qeyd edək ki, avqustun 11-də, gündüz, İskəndəriyyə yaxınlığındakı şəhərdə iki qatarın toqquşması nəticəsində 49 nəfər həlak olub, daha 123 nəfər xəsəarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar