FAZİL MƏMMƏDOV QIZINA TOY ETDİ - Kimlə qohum oldu? +VİDEO

Avqustun 11-də vergilər naziri Fazil Məmmədovun qızının toyu olub.Axşam.az xəbər verir ki, nazirin qızı Selcanxatun Əbdül adlı şəxslə ailə həyatı qurub.

Toy mərasimi "Böyük saray" şadlıq evində baş tutub. Məclisin idarəçiliyini xalq artisti Brilliant Dadaşova edib.Qeyd edək ki, Fazil Məmmədov qızını müavini Namiq Əliyevin oğluna verib.

Onu da qeyd edək ki, nazirin öz müavini Namiq Əliyevlə quda olmağa hazırlaşdığı barədə "AzPolitika.info" hələ aylar öncə- mart ayında

Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək necmeddinki, məlumatlı dairələr Fazil Məmmədovun öz müavini Namiq Əliyevlə qohumluğunun onların hər ikisinin daha da güclənməsinə səbəb olacağı qənaətindədir. 

Əlbəttə, nazirlə, həm də Fazil Məmmədov kimi son illər güclənmiş bir nazirlə qohumluğun xüsusən Namiq Əliyevun mövqeyini möhkəmləndirəcəyi şübhəsizdir.

Ancaq nazirin də bu qohumluqdan güc qazanacağını deyənlər yanılmırlar. Məsələ ondadır ki, vergilər nazirinin müavini Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır.

Nəcməddin Sadıkov isə, məlum olduğu kimi, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bibisi oglu Altay Həsənovla qudadır. 

Altay Həsənov bir qədər əvvəl Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyinin rəisi vəzifəsinə təyin olunub.

Bu baxımdan yeni qohumluğun Fazil Məmmədovun hakimiyyətdə son illər güclənmiş mövqelərini bir qədər də möhkəmləndirəcəyi gözlənilir.

Allah xoşbəxt eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar